Bu gün Bakı 2015 I Avropa Oyunlarında voleybol yarışlarının da startı verilib.
Oxu.Az xəbər verir ki, “Crystall Hall”da keçirilən görüşdə “A” qrupunda mübarizə aparan qadınlardna ibarət Azərbaycan yığması Rumıniya komandası ilə qarşılaşıb.
Yığmamızın üstünlüyü ilə keçən görüş 3:1 hesabı ilə (25:20, 25:18, 27:29, 25:15) başa çatıb.
Voleybolçularımız növbəti görüşünü iyunun 15-də Polşa komandasına qarşı keçirəcək.