Bu gün Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçular arasında növbəti turun oyunları keçirilir
Oxu.Az xəbər verir ki, “Crystall Hall”da üçüncü turun matçına çıxan Azərbaycanın qadın voleybolçulardan ibarət yığması İtaliya komandası ilə qarşılaşıb.
İlk iki turda rəqiblərini məğlub edərək, qrup liderliyini ələ keçirən komandamız bu dəfə də qələbəni əldən verməyib.
Görüş 1:3 (22:25, 20:25, 25:22, 22:25) hesabı ilə Azərbaycanın xeyrinə başa çatıb