"Williams" komandasının pilotu Aleks Albon "Formula-1" Azərbaycan Qran-prisindəki iştirakı ilə bağlı fikirlərini bölüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə f1news.ru məlumat yayıb.
"Bakıda biz bir çox stasionar treklərdən sonra ilk küçə səhnəsini gözləyirik. Bakıdakı trekdə yaxşı ritm var, mən onunla yaxşı tanışam və yarışa hazırlaşmağa şadam.
Mən yenilənmiş avtomobili başqa tipli trekdə sınaqdan keçirmək və onun müxtəlif şəraitlərdə performansını qiymətləndirmək fürsətini səbirsizliklə gözləyirəm. Adətən bu yarış maraqlı və gözlənilməz olur, yaxşı ötmə imkanları var ki, biz bu həftə sonu bundan istifadə etməyə ümid edirik", - Aleks Albon bildirib.
"Bakıda ilk dəfə yarışacağam və mənim öyrənməli olduğum çox şey var. Bu həftə sonu üçün ciddi hazırlaşmışam və treki başa düşmək, avtomobil haqqında daha çox məlumat əldə etmək üçün onu sakit şəkildə idarə etməyə çalışacağam. Ümid edək ki, mənim və komandam üçün daha bir pozitiv həftəsonu olacaq", - "Williams" komandasının digər pilotu Franko Kolapinto bildirib.
Rəylər