“X-Fighters”-də iştirak etməyən fristaylerlər arasında seçim başa çatıb.
Oxu.Az xəbər verir ki, iki favorit müəyyən olunub – onlardan biri səsvermə yolu ilə, biri isə münsiflər tərəfindən seçilib.
31 yaşlı braziliyalı Fred Kiriyos tamaşaçı sorğusunda səs çoxluğu ilə seçilib. Sorğunu Red Bull şounun rəsmi saytında, 2017-ci ilin aprel və may aylarında keçirib: ona 13720 nəfər səs verib.

İkinci seçilən oyunçu isə İspaniyadan olan 20 yaşlı Kristian Meyerdir. Meyer az səs toplayıb, hətta Top-10-a belə düşməyib. Amma münsiflər onu gələcəkdə gözəl karyeranın gözlədiyini bildiriblər.

Hər iki rayder iyulun 7-də Madriddə Las-Ventasda X-Fighters-in daimi iştirakçıları ilə birgə çıxış edəcəklər.
Səsvermədə ikinci yeri yenə braziliyalı tutub, bu 37 şalı Klaudinyodur, o, 10791 xal toplayıb. Üçüncü yerdə 19 yaşlı alman Lyuk, dördüncü yerin sahibi ispan Kross Krisdir. Rusiyalı Pavel Antonov və Nikolay İvanova gəldikdə isə, onların hər ikisi 1660 və 671 səslə TOP-6-dadırlar.
S.S.