Almaniyanın "Bayer Leverkuzen" klubunun baş məşqçisi Xabi Alonsonun İspaniya təmsilçisi "Real Madird"lə müqavilə imzalayacağı tarix açıqlanıb.
Oxu.Az "El Chiringuito TV"yə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis iyunun 1-də sözləşməyə imza atacaq.
O, iyunun 15-dən iyulun 13-dək ABŞ-də baş tutacaq klublararası dünya çempionatında komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, mayın 9-da Leverkuzen təmsilçisi Alonsonun mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb. O, "Real Madrid"də Karlo Ançelottini əvəzləyəcək.