Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Naxçıvanda evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar
Naxçıvan Muxtar Respublikasında (MR) evdən 22 min dollar oğurlayan şəxslər saxlanılıblar.
Oxu.Az xəbər verir ki, muxtar respublikanın Şərur rayonu ərazisində yerləşən evlərin birindən 22 min 800 dolların oğurlanması barədə polisə məlumat daxil olub.
Şərur Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən 31 yaşlı Rauf Zeynalzadə və Məhəmməd Mahmudov saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Natiq Abdullayev: "Vətəndaşlar naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verməsinlər"
- Gəncədə iki nəfər ödəmə terminallarından pul oğurlayıb
- Bakıda mağazanı qarət edən qadınlar tutuldular
- 13-cü mərtəbədəki balkondan qonşu evinə girib 20 minlik qızıl oğurladı
- Bakıda kişini oğurlayıb pul tələb etdilər - TƏFƏRRÜAT
Ən çox oxunanlar