Beynəlxalq Güləş Federasiyası 2013-cü ilin yekunları üzrə sərbəst güləşçilərin yekun reytinqini açıqlayıb.
Oxu.Az Sport.1news.az-a istinadən xəbər verir ki, reytinqdə 2-ci yerdə Azərbaycandan olan idmançı Xetaq Qazyumov (96 kq) qərarlaşıb. O, yalnız iranlı Reza Yəzdanini önə buraxıb.
Həmçinin ölkəmizdən ilk onluqda Şərif Şərifov (96 kq, 8-ci yer), Cəmaləddin Məhəmmədov (120 kq, 8-ci yer), Əhmədnəbi Qvarzatilov (60 kq, 10-cu yer), Cəbrayıl Həsənov (74 kq, 9-cu yer) və Aleksandr Qostiyev (84 kq, 8-ci yer) qərarlaşıblar.