Sizə “Eurovision-2014” mahnı müsabiqəsi barədə məlumat vermişdik.
Oxu.Az modern.az saytına istinadən xəbər verir ki, bu il 59-cu “Eurovision” mahnı müsabiqəsində iştirak edəcək ölkələr bunlardır:
Albaniya, Ermənistan, Avstriya, Azərbaycan, Belarus, Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Makedoniya, Malta, Moldova, Çernoqoriya, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, San Marino, İspaniya, İsveçrə, İsveç, Böyük Britaniya və Ukrayna.
Daha bir ölkə yarışmaya qatıla bilər. Belə ki, Sloveniya üçün vaxt daha 10 gün uzadılıb ki, onlar son qərar qəbul etsinlər. Fransa, Almaniya, İtaliya, İspaniya və ev sahibliyi edəcək Danimarka avtomatik olaraq mahnı müsabiqəsinin final mərhələsində, qalan 30 ölkə isə yarımfinallarda çıxış edəcəklər. Hər yarımfinaldan 10 ölkə finala vəsiqə qazanacaq.
“Eurovision-2014” mahnı müsabiqəsi Danimarkanın paytaxtı Kopenhagendə təşkil olunacaq. Mayın 6-sı və 8-də yarımfinallar, mayın 10-da isə yarışmanın final mərhələsi keçiriləcək.