Argentina millisinin sabiq baş məşqçisi Xorxe Sampaolinin yeni klubu müəyyənləşib
Oxu.Az xəbər verir ki, Fransanın "Renn" klubunun rəsmiləri mütəxəssislə müqavilə imzaladıqlarını açıqlayıblar.
64 yaşlı məşqçinin klubla müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, X.Sampaoli Argentina millisi ilə yanaşı, "Flamenqo", "Atletiko Mineyro", "Santos" (hamısı Braziliya), "Sevilya" (İspaniya) və "Marsel"i (Fransa) çalışdırıb. "Renn" klubu hazırda 11 xalla Fransa Liqa 1-də 13-cü yerdədir.
Rəylər