Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Yamal nə vaxt yaşıl meydanlara qayıdacaq?
"Barselona"nın mətbuat xidməti İspaniya çempionatının 17-ci turunda "Leqanes"lə (0:1) oyunda zədələnən Kataloniya komandasının cinah oyunçusu Lamin Yamalın vəziyyəti ilə bağlı açıqlama yayıb.
Oxu.Az xəbər verir ki, oyunçu sağ topuq nahiyəsindən zərbə alıb.
Bazar ertəsi keçirilən testlər onun topuq bağlarının zədələndiyini göstərib.
"Futbolçunun üç-dörd həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir", - klubun "X" hesabındakı açıqlamasında deyilir.
Qeyd edək ki, bu mövsüm 17 yaşlı Yamal "Barselona"nın heyətində bütün turnirlərdə 21 oyun keçirib, 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub.
"Transfermarkt" portalında verilən məlumata görə, onun bazar dəyəri 150 milyon avrodur.
"Lamin Yamal" teqi üzrə xəbərlər
- Lamin Yamal UEFA Millətlər Liqasında rekorda imza atıb
- PSJ klubu "Barselona"nın gənc ulduzu üçün rekord transfer təklifi göndərməyi planlayır
- "Qızıl top"un yeni favoriti açıqlandı: Salah liderliyi itirdi
- Lamin Yamal UEFA Çempionlar Liqasında ilkə imza atdı
- Yamal və Pedri "Barselona"dan Levandovskiyə əvəz tapmağı tələb ediblər