Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yaponiya millisi Bakıya iki Olimpiya çempionu olmadan gələcək
Cüdo üzrə Yaponiya millisinin sentyabrın 20-da Bakıda start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, yarışın favoritlərindən sayılan gündoğar ölkə təmsilçisi Azərbaycana 22 cüdoçu ilə gələcək.
Onlardan yeddisi ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında fərdi, dördü isə komanda yarışlarının qalibi olub.
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış kişi çüdoçular Shohei Ono (73 kq) və Mashu Baker (90 kq), həmçinin qadın cüdoçu Haruka Tatimoto (70 kq) Bakıya gətirilməyəcək.
Kişilərin mübarizəsində doqquz cüdoçu – Naohisa Takato, Ryucu Naqayama (hər ikisi 60 kq), Hifumi Abe (66 kq), Soiçi Hashimoto (73 kq), Sotaro Fudzivara (81 kq), Kenta Naqasava (90 kq), Aaron Volf (100 kq), Yusei Oqava və Hisayoshi Harasava (hər ikisi +100 kq) iştirak edəcək.
Qadınlardan ibarət komandanın heyətində də doqquz cüdoçu – Funa Tonaki (48 kq), Ay Shishime, Uta Abe (52 kq), Miku Tasiro (66 kq), Sukasa Yoshida (57 kq), Yoko Ono, Tidzuru Arai (70 kq), Shori Hamada (78 kq) və Sara Asaxina (+78) yer alıb.
Bakıdakı dünya çempionatında Yaponiya millisi qarışıq yarışlarda dörd cüdoçu – Momo Tamaoki (57 kq), Akira Sone (70 kq), Arata Tatsukava (73 kq) və Shoiçiro Mukai (90 kq) təmsil olunacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunacaq dünya çempionatı sentyabrın 27-dək davam edəcək.
Səbuhi MUSAYEV
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- İki nəhəngin çəkişməsi, 47-ci prezident və Bakının manevrləri - Yeni dünya nizamı necə olacaq?
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
- Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: "Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq"