Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yaponiyada beynəlxalq yarışda iştirak edən karateçilər Vətənə qayıdıblar - FOTO/VİDEO
Yaponiyanın Okinava şəhərindəki beynəlxalq yarışda uğurlu çıxış etmiş Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşiki Karate Federasiyasının yığma komandası Vətənə dönüb.
Oxu.Az xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda federasiya rəsmiləri, idmançıların yaxınları, azarkeşlər və jurnalistlər qarşılayıblar.
Qeyd edək ki, iyulun 22-23-də keçirilən beynəlxalq turnirdə Azərbaycan yığması kata və kumitedə, eyni zamanda, veteranlar arasında yarışda iştirak edib. Katada 18-19 yaş kateqoriyasında qızlar arasında ikinci dan qara kəmər sahibi Sevinc Mövsümzadə (50 kq), +40 yaş kateqoriyasında veteranlar arasında altıncı dan qara kəmər sahibi, millinin baş məşqçisi Nazim Mövsümzadə qızıl, 16-17 yaş kateqoriyasında oğlanlar arasında Kənan İsmayılzadə (60 kq) gümüş medal qazanıblar. Onlar şəxsi kumitedə də birinci yeri tutublar. Ümumilikdə, Azərbaycan yığması turniri beş qızıl və bir gümüş medalla tamamlayıb.
İdmançılarımız turnir ərəfəsində Ümumdünya Koşiki Karate-do Federasiyasının (WKKF) rəhbəri, 10-cu dan qara kəmər sahibi professor Massayuki Kukan Xisatakanın beynəlxalq seminarında da iştirak ediblər və müvafiq ustalıq dərəcələrinə layiq görülüblər. Onlar sertifikatlarla təltif olunublar.
Daha çox şəkil burada: PhotoStock.az
Faiq Tahirov
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
- Milli Dirçəliş Günü - Azərbaycan tarixinin qürur səhifəsi
- COP29 çərçivəsində "Silk Way Alat Free Economic Zone" şirkəti və ICAO arasında razılaşma imzalanıb
- COP29-da iştirak edən nümayəndə heyətlərinin şərəfinə Heydər Əliyev Mərkəzində ziyafət verilib
- "Silk Way Group" COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib
Rəylər