Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yarımfinalın bir addımlığında - PREVYU
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Oxu.Az xəbər verir ki, bu gün ilk iki yarımfinalçı müəyyənləşəcək.
23:00 “Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
Barselona. “Kamp Nou”. Baş hakim: Feliks Brix (Almaniya)
İlk oyun – 1:0
Təbii ki, ən maraqla gözlənilən görüş Kataloniyada olacaq. Düzdür, artıq çoxları “Barselona”nı növbəti mərhələnin sakini kimi qələmə verir. Çünki “Barsa” artıq Mançesterdə qələbə qazanmağı bacarıb. Ancaq “qırmızı şeytanlar”ın dəfələrlə son anadək mübarizə apardığının çox şahidi olmuşuq.
“Barselona”da braziliyalı Rafinya və belçikalı Tomas Vermalen yenə zədə səbəbindən oynamayacaq. “Mançester Yunayted”də isə müdafiəçi Lyuk Şou cəzalı duruma düşdüyündən, “Kamp Nou”ya ayaq basa bilməyəcək. Bundan başqa, Fil Dişi Sahilindən olan Erik Bayi, ispaniyalı Ander Erera və ekvadorlu Antonio Valensianın Lionel Messi və onun komandasına qarşı oynaması mümkün olmayacaq.
23:00 “Yuventus” (İtaliya) – “Ayaks” (Hollandiya)
Turin. “Yuventus Arena”. Baş hakim: Kleman Türpen (Fransa)
İlk oyun – 1:1
Digər cütlükdə “Ayaks” “Yuventus”un qonağı olacaq. Amsterdamdakı ilk qarşılaşmada qollu bərabərlik qeydə alındığından Turin təmsilçisi yarımfinala bir addım yaxındır. Ancaq unutmayaq ki, “Ayaks” Çempionlar Liqasının son qalibi “Real”ı mübarizədən kənarlaşdırmış komandadır.
Üstəlik, “Yuventus”da yetərincə ciddi problemlər var. Son iki matçında qalib gələ bilməyən, hətta son turda SPAL-a uduzan “Yuventus”da uruqvaylı Martin Kaseres, xorvatiyalı Mario Mancukiç, həmçinin, Corcio Kyellini ilə Mattia Perin oynaya bilməyəcək.
“Ayaks”da argentinalı müdafiəçi Nikolas Talyafiko cəzalı duruma düşüb. Bundan başqa, Burkina Fasodan olan hücumçu Hassan Bande və Karel Eytinq yenə bu rəqibə qarşı forma geyinə bilməyəcək. Hər iki futbolçunun zədəsi var.
Səbuhi MUSAYEV
"Almaniya" teqi üzrə xəbərlər
- Bəzi regionlardan ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
- Almaniyadan Rusiya ilə müharibə üçün 1000 səhifəlik məxfi plan barədə RƏSMİ AÇIQLAMA
- Bu xəbərləri qaçırmayın: 21.11.2024-ün ən mühüm hadisələri
- Annalena Berbok: "İqlim maliyyəsi sahəsində əməkdaşlığın genişləndirilməsi vacibdir"
- Almaniyada maraqlı hadisə: Göyərçin 200 sürücünü yeraltı dayanacağa kilidlədi
Rəylər