Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Yeni məşqçi də “Fənər”ə kömək etmədi
Türkiyə Superliqasının XVI turunun son oyununda “Fənərbaxça” İstanbulda “Ərzurumspor”u qəbul edib.
Oxu.Az xəbər verir ki, oyun 2:2 hesabı ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Andre Ayev (18) və Martin Skrtel (27) fərqləniblər.
“Ərzurumspor”un qollarını Emrah Başsan (48) və oyuna əlavə edilmiş dəqiqələrdə Lennart Ti vurub.
Qeyd edək ki, bu, yeni baş məşqçi Ərsun Yanalın “Fənərbağça”da ilk matçı idi. Bu oyundan sonra xallarının sayını 15-ə çatdıran İstanbul təmsilçisi turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.
Oxu.Az yeniləndi!
ANDROID əməliyyat sistemli smartfonlar
iOS əməliyyat sistemli smartfonlar
Rəylər