Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

“Qalatasaray” “Fənər”lə oyunda qələbəni əldən verdi - VİDEO
Türkiyə Superliqasının XI turunda “Qalatasaray” əzəli rəqibi “Fənərbaxça”nı qəbul edib.
Oxu.Az xəbər verir ki, “Türk Telekom Arena”da keçirilən oyunda hesab 31-ci dəqiqədə açılıb.
Rayan Donk qonaqları meydanın mərkəzinə dəvət edib.
Görüşün 49-cu dəqiqəsində isə Martin Linnes hesab arasındakı fərqi ikiyə çatdırıb.
Lakin qonaqlar hesabı bərabərləşdirə biliblər. 66-cı dəqiqədə Matyo Valbuena (penalti), 72-ci dəqiqədə isə Jailson fərqlənib.
Qeyd edək ki, qarşılaşmanın baş hakimi oyunçulara beş sarı vərəqə göstərib.
Bu oyundan sonra “Qalatasaray” turnir cədvəlinin ikinci, “Fənərbaxça” isə 15-ci pillədə qərarlaşıb.
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- Türkiyə futbolunda derbilərlə bağlı yeni qərar - Əcnəbi hakimlər idarə edəcəklər
- "Qalatasaray"ın derbi sonrası GİZLİ PLANI - Futbolçulara yazılan məktublar ortaya çıxdı
- Joze Mourinyo "Qalatasaray"ı məhkəməyə verəcək
- Vanda Nara Türkiyədə "ilin qadını" seçildi
- Slavko Vinçiç "Qalatasaray" - "Fənərbağça" derbisini necə idarə etdi?