"Sumqayıt"ın yay hazırlıq planı məlum olub.
Oxu.Az xəbər verir ki, komanda bu gündən 2026/2027-ci il mövsümünün hazırlıqlarına start verib.
İyulun 24-dək məşqlərini "SOCAR Polymer Arena"da keçirəcək "Sumqayıt" ayın 25-də Qəbələyə yola düşərək hazırlıqların ikinci mərhələsinə başlayacaq. Avqustun 8-dək davam edəcək təlim-məşq toplanışı müddətində 4 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.
"Sumqayıt"ın rəqibləri aşağıdakı kimidir:
- 26 iyul: "Kəpəz";
- 30 iyul: "Şamaxı";
- 3 avqust: "İmişli";
- 7 avqust: "Əl-Xaraitiyat" (Qətər).
Qaynar xətt:
(055) 224 12 12