Rusiyanın “Mordoviya” futbol klubunun baş treneri, “Qəbələ”nin keçmiş məşqçisi Yuri Syomin yayda Azərbaycana qayıda bilər.
Oxu.Az Sportbox.ru-ya istinadən xəbər verir ki, 68 yaşlı mütəxəssis üçün əgər yaxın zamanlarda daha maraqlı təklif almazsa, bu variant prioritet olacaq.
“Mordoviya” rəhbərliyi Semin ilə əməkdaşlığı davam etdirmək istəyir və artıq ona müqaviləni uzatmağı təklif edib, amma tərəflər bəzi şərtlər barəsində razılığa gələ bilməyiblər.
Xatırladaq ki, Yuri Syomin “Qəbələ”ni Azərbaycan Kubokunun finalına çıxarıb və onunla Premyer-liqada 3-cü yeri tutub, bununla da Avropa Liqasına getmək hüququ qazanıb.
F.H.
www.oxu.az