Yaşları hələ 30 da deyil, amma bir çox insanın həyatı boyunca çalışsa da görə bilməyəcəyi pulu çoxdan qazanıblar...
Oxu.Az ən zəngin gənc məşhurların siyahısını təqdim edir:
Kylie Jenner
Zəngin ailədə doğulduğu üçün onsuz da şanslıdır. Amma hələ 17 yaşında 5 milyon dollar sərvət sahibi oldu.

Kendall Jenner
19 yaş var və 6 milyon dollarlıq sərvətin sahibidir.

Justin Bieber
Necə deyərlər, kiçik yaşda kəşf edilib. İndi 21 yaşındadır. Keçən il 200 milyon dollar qazanıb.

Ariana Grande
21 yaşlı Grande 16 milyon dolların sahibidir.

Nick Jonas
18 milyon dolların sahibidir və 22 yaşındadır.

22 yaşlı Kate Upton keçən il 7 milyon dollar qazanıb.

22 yaşlı Miley Cyrus keçən il 36 milyon dollar sahib olub. Ümumi sərvəti isə 165 milyon dollar təşkil edir.

Selena Gomez
22 yaşındadır və 18 milyon dolları var.

Sam Smith
Kariyerasında sürətlə yüksələn 22 yaşlı müğənni 15 milyon dolların sahibidir.

23 yaşlı Shailene Woodley keçən il 9 milyon dollar qazanıb.

24 yaşlı Jennifer Lawrence-in 40 milyon dollar sərvəti var.

Ed Sheeran
24 yaşındadır və 16 milyon dollar sərvətə sahibdir.

Kristen Stewart
Daima cins şalvar və köynəkdə gəzir, amma 25 yaşlı Stewart-ın sərvəti 70 milyon dollardır.

25 yaşlı Avicii-nin 60 milyon dolları var.

Taylor Swift ötən il 64 milyon dollar qazanıb. Ümumi sərvəti 200 milyon dollardır. 25 yaşı var.

Liam Hemsworth 25 yaşındadır və rol aldığı “Aclıq Oyunları” ona 16 milyon dollar qazandırıb.

25 yaşlı Emma Watson 60 milyon dollara sahibdir.

Daniel Radcliffe də 25 yaşındadır və onun sərvəti 110 milyon dollardır.

26 yaşlı Adele-in isə 75 milyon dollar sərvəti var.

Keçən il 48 milyon dollar qazanan Rihannanın sərvəti 120 milyon dollar ətrafındadır. Müğənni 27 yaşındadır.

27 yaşlı Zac Efron-un 18 milyon dollar sərvəti var.

27 yaşlı Hillari Duff-ın 25 milyon dolları var.

28 yaşlı Drake 55 milyon dolların sahibidir.

Lena Duhnam keçən il 3 milyon yarım dollar qazanıb. Dunham 28 yaşındadır.

28 yaşlı Robert Pattinsonun sərvəti 100 milyon dollar ətrafındadır.

28 yaşlı əkizlər Mary-Kate və Ashley Olsen 300 milyon dollarlıq sərvətə sahibdirlər.

29 yaşlı Kaley Cuoco-Sweeting keçən il rol aldığı “The Big Bang Theory” adlı serialın hər bölümünə görə 1 milyon dollar qazanıb.

29 yaşlı Lady Gaga-nın sərvəti 230 milyon dollar ətrafındadır.

29 yaşlı Bruno Mars keçən il 60 milyon dollar qazanıb.

Aytən Sadıqzadə
www.oxu.az