UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Selye" (Sloveniya) ilə qarşılaşacaq "Sabah" klubu qapıçı Yusif İmanovu iştirak ərizəsinə daxil etməyib.
Bu barədə Oxu.Az-ın sorğusunu cavablandıran "Sabah" klubunun mətbuat katibi Elnur Həmidov bildirib ki, məsələ ilə bağlı yekun qərar məşqçilərin olub.
"Komandamızın iştirak ərizəsində 4 qapıçı yer alıb. İştirak ərizəsi məşqçilər korpusunun rəyi əsasında hazırlanıb. Gələcəkdə heyətlə bağlı hər hansı dəyişiklik olsa, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".
Qeyd edək ki, "Sabah" - "Selye" qarşılaşması iyulun 10-da saat 20:00-da "Bank Respublika" stadionunda keçiriləcək.
Anar Həsənov