Paytaxtın Suraxanı rayonunda, Zığ şosesi yaxınlığındakı açıq ərazidə yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, qurumun "112" qaynar telefon xəttinə yanğın baş verməsi barədə məlumat daxil olub.
Yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Bakıda güclü yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntü yayılıb.
🔥 Bakıda ağaclıq sahəsi YANIR#yanğın pic.twitter.com/ZnhTBOroZj
— Oxu.Az (@oxuaz) July 8, 2025
Yanğın Zığ şosesi kimi tanınan beton yolun kənarındakı boş ərazidə, ağaclıq sahədə baş verib.
Əzizə İsmayılova