Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Yuventus" 58 ilin ən ağır ev məğlubiyyəti ilə üzləşib
"Yuventus" A seriyasının XXVIII turunda "Atalanta" ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, Turin təmsilçisi öz meydanında 0:4 hesabı ilə məğlub olub.
Bu, "ağ-qaralar"ın son 58 ildə A seriyasındakı ən ağır ev məğlubiyyətidir. "Yuventus" sonuncu dəfə 1967-ci ildə öz meydanında dörd top fərqi ilə uduzub. Həmin vaxt "Torino" Turin derbisində "Qoca sinyora"nın qapısına dörd cavabsız qol vurub.
Qeyd edək ki, "Yuventus"un A seriyasındakı son ən ağır məğlubiyyəti 2023-cü il yanvarın 13-nə təsadüf edib. "Napoli"nin qonağı olan Turin klubu 5:1 hesabı ilə uduzub.
"Atalanta FK" teqi üzrə xəbərlər
- İtaliya A Seriyası: "Atalanta" səfərdə "Yuventus"u darmadağın etdi
- İtaliya A seriyasının bəzi oyunları ABŞ-də keçiriləcək
- "Böyük beşlik" liqalarında ən çox yetirməsi olan klublar BƏLLİ OLDU - SİYAHI
- ÇL-in pley-off mərhələsinin ilk cavab oyunlarının ƏN YAXŞILARI - Türkiyəli futbolçu da var
- UEFA Çempionlar Liqası: Səkkizdəbir finala yüksələcək daha dörd komanda bəlli olacaq
Ən çox oxunanlar