"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını İspaniyada davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, serbiyalı forvard bu yay "Atletiko Madrid"ə keçə bilər.
İddialara görə, klub rəhbərliyi Vlahoviçin "Yuventus"la danışıqlarını fəal şəkildə izləyir.
Duşanın "Qoca sinyora" ilə sözləşməsi gələn ilin yayında başa çatacaq və rəhbərlik onun müqaviləsini uzatmaq istəmir. 2022-ci ilin yanvarında "Yuventus" Vlahoviç üçün "Fiorentina"ya 82 milyon avro ödəmişdi.
Qeyd edək ki, daha əvvəl İstanbul təmsilçilərindən "Fənərbağça" da futbolçu ilə maraqlanırdı.