Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Zaqreb Open”: Azərbaycan millisi ilk qızıl medalı qazanıb - YENİLƏNİB
Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.
Oxu.Az-ın məlumatına görə, üçüncü yarış günündə Azərbaycan millisinin iki üzvü medal qazanıb.
Onlardan biri qızıl, digəri isə bürünc olub.
Yunan-Roma güləşçi Sənan Süleymanov 77 kiloqram çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, beş rəqibini də məğlub edərək, Azərbaycanın yığmasının hesabına ilk qızıl medalı yazdırıb.
Qadın güləşçi Alyona Kolesnik (59 kiloqram) isə bürünc mükafata yiyələnib.
Qeyd edək ki, buna kimi, üç sərbəst güləşçi turnirdə üçüncü yeri tutub.
12.01.2024, 11:04
Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri davam edir.
Oxu.Az-ın məlumatına görə, bu gün Azərbaycanın daha altı idmançısı qüvvəsini sınayacaq.
Yarışın üçüncü günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Baş məşqçi Aleksandr Tarakanovun rəhbərlik etdiyi komandanın üç üzvü xalça üzərinə çıxacaq. Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq) və İslam Abbasov (87 kq) çempionluq uğrunda mübarizə aparacaqlar.
Qadınların yarışında isə Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq) və Elis Manolova (68 kq) öz çəkilərinin ən güclüsü olmağa çalışacaqlar.
Qeyd edək ki, üç sərbəst güləşçi - Əliabbas Rzazadə, Nurəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) “Zaqreb Open”də bürünc medal qazanıblar.
"Cəbrayıl" teqi üzrə xəbərlər
- Vüqar Qurbanov: "Qubadlı və Cəbrayıl modul tipli xəstəxanaların layihələndirilməsinə start verilib"
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
- Şəhid anası oğlunun son telefon zəngindən DANIŞDI
- Cəbrayıla köçən 34 ailəyə mənzillərinin açarları təqdim olundu
- Yusif Səfixanov: "Biz əl-ələ verib doğma Cəbrayılımızı yenidən dirçəldəcəyik"