“İnter”in baş məşqçisi Zaur Svanidze Avropa Liqasının 2-ci təsnifat mərhələsində İslandiyanın “Hafnarfyordur” klubu ilə cavab qarşılaşması öncəsi öz fikirlərini bölüşüb.
“Oyuna həmişə olduğu kimi hazırlaşırıq. Zədəli futbolçularımız yoxdur. Bizə heş-heçə də sərf eləyir, lakin müdafiədə oturmaq fikrimiz yoxdu.
Rəqib xüsusilə künc və standart zərbələr zamanı çox təhlükəli olur. Ehtiyatlı olmaq lazmdır”.
Xatırladaq ki, İslandiyada keçirilən ilk oyun “İnter”in 2:1 hesablı qələbəsi ilə bitib.