Zəngilanın Ağalı kəndində triatlon və ya duatlon üzrə yarış keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, bunu Azərbaycan Triatlon Federasiyasının prezidenti Elçin Əliyev deyib.
Onun sözlərinə görə, 1-2 oktyabr tarixlərində “Karabakh Memorial” turniri keçiriləcək. Bu, işğaldan azad olunmuş ərazidə keçiriləcək ilk triatlon yarışı olacaq.
Səbuhi Musayev
FOTO: Firudin Səlimov