Əfsanəvi fransız futbolçu və məşqçi Zinəddin Zidan oynamaq arzusunda olduğu klubun adını çəkib.
Oxu.Az bu barədə "Give me Sport"a istinadla xəbər verir.
"Mən "Olimpik Marsel" komandasında çıxış etməmişəm, amma bu, heç vaxt gerçəkləşməyən arzum olub. Orada olmaq, klubu içəridən görmək arzum idi. O böyük komandadır", - deyə o vurğulayıb.
Xatırladaq ki, Zidan futbolçu kimi "Real", "Yuventus" və digər klublarda çıxış edib. Özü Marsel şəhərində anadan olub.