“Zirə” klubu daha bir futbolçunu transfer edib.
Oxu.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Haiti yığmasının hücumçusu Kervan Belforla “1+1” illik müqavilə imzalanıb.
Belfor karyerasına ölkəsinin “Tempete” klubunda başlayıb. Bundan sonra o, Fransa, İsveçrə, Kipr, Türkiyə və Hindistan çempionatında çıxış edib. 25 yaşlı hücumçunun son klubu İsveç təmsilçisi “Siriyanska” olub.
A.S.