“Zirə” yeni futbolçu ilə anlaşıb.
Paytaxt klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, “qartallar” Pyerr Zeblini heyətinə qatıb. 26 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Kot-d'İvuardan olan futbolçu karyerası ərzində İtaliyanın “İnter”, “Peruca”, “Askoli”, “Katolika”, Belçikanın “Genk”, Bolqarıstanın “Çarsko Selo” və “Lokomotiv” (Plovdiv) klublarının formasını geyinib.