Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Zirə" - "Kəpəz" matçının saatı dəyişdirildi
Kəskin dəyişən hava şəraitinə görə bu günə təxirə salınmış Misli Premyer Liqasının XXIV turunun "Zirə" - "Kəpəz" matçının başlama saatı dəyişdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.
Ötən gün yağan qar səbəbindən təxirə salınan "Zirə" - "Kəpəz" matçı bu gün keçiriləcək.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən "Zirə" klubunun mətbuat katibi Elmar Abdullazadə bildirib ki, hazırda stadionda hazırlıq işləri davam etdirilir.
"Hazırda stadionda qarın təmizlənməsi işləri davam etdirilir. Ötən günkü kimi qar yağmasa, oyun təxirə salınmayacaq. Amma bu məsələ ilə bağlı yekun qərarı baş hakim verir. Biz klub olaraq oyunun keçirilməsi üçün stadionu tam hazır vəziyyətə gətirməyə çalışırıq", - deyə E.Abdullazadə bildirib.
Qeyd edək ki, qarşılaşma saat 16:00-da start götürəcək.
"Kəpəz FK" teqi üzrə xəbərlər
- Misli Premyer Liqası: "Zirə" - "Kəpəz"i qəbul edəcək
- Tərlan Əhmədov: "Bir il doqquz aydır ki, heç bir klubdan təklif almamışam"
- Misli Premyer Liqasında yanvar ayının ən yaxşı qolu bəlli olub
- Azərbayacan Premyer Liqası: "Neftçi" səfərdə "Zirə"ni məğlub etdi
- Azərbaycan Kuboku: "Sabah" - "Sumqayıt" oyununda hesab açılmayıb