Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Castin Biber ağır narkotik vasitələrdən istifadə edir? - Yaxın adamı açıqladı
Castin Biberin nümayəndəsi müğənninin ağır narkotik vasitələrdən istifadə etdiyi və həyat yoldaşı Heyli Biberlə evlilikdə problemlər yaşadığı barədə yayılan şayiələrə cavab verib.
Oxu.Az-ın məlumatına görə, bunu TMZ nəşri müğənniyə yaxın mənbəyə istinadla xəbər yayıb.
"Castinin ağır narkotik qəbul etdiyi ilə bağlı təkrarlanan hekayələr tamamilə həqiqətə uyğun deyil. O, hazırda həyatının ən gözəl dövrlərindən birini yaşayır", - deyə nəşrə danışan şəxs bildirib.
Müğənninin nümayəndəsi qeyd edib ki, Castin Biber həyat yoldaşı Heyliyə bir yaşlı oğlu Cek Blyuza baxmağa kömək edir və yeni musiqilər üzərində işləyir. Buna görə də son zamanlar paparatsiyaların çəkdiyi şəkillərdə o yorğun görünüb.
Mənbə həmçinin bildirib ki, keçən il müğənni üçün "dönüş nöqtəsi" olub, çünki o, artıq ona fayda verməyən bir neçə yaxın dostluq və işgüzar münasibətlərinə son qoyub.
"Castin Biber" teqi üzrə xəbərlər
- "Qremmi"dəki qalmaqaldan sonra Kanye Uest öz xəstəliyi barədə gözlənilməz açıqlama verdi
- "Eynilə baba kimi": Castin Biber yeni görünüşü ilə pərəstişkarlarını şoka saldı
- Diddi Castin və Heyli Biberin ayrılmalarına səbəb ola bilər
- Castin Biberin Selena Qomesin nişanlanma xəbərinə reaksiyası təəccübləndirdi
- Castin və Heyli Biberin ilk övladı dünyaya gəlib