Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Zirə"nin avrokubokdakı ilk rəqibi BİLİNDİ
"Zirə"nin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçisi bu turda "Şerif"lə üz-üzə gələcək.
Bu gün Avropa Liqasında 2024/25 mövsümünün birinci təsnifat mərhələsinin püşkü atılacaq.
Məlumata görə, UEFA-nın İsveçrədəki Futbol Evində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Azərbaycan təmsilçisi "Zirə"nin də ilk rəqibi bəlli olacaq. Premyer Liqanın gümüş mükafatçısı püşkatmada səpələnməmişlər səbətində yer alacaq.
Rəşad Sadıqovun komandasının 6 mümkün rəqibi var. Bunlar "Şerif" (Moldova), "Maribor" (Sloveniya), "Tobol" (Qazaxıstan), "Visla" (Krakov, Polşa), "Pafos" (Kipr) və "Paksi"dir (Macarıstan). Bu mərhələnin ilk oyunları iyulun 11-də, cavab matçları iyulun 18-də keçiriləcək.
Qeyd edək ki, avrokubokların II təsnifat mərhələsinin püşkü sabah atılacaq. "Qarabağ"ın Çempionlar Liqasında, "Sabah"la "Sumqayıt"ın Konfrans Liqasındakı ilk rəqibləri, həmçinin "Zirə"nin növbəti raundda qarşılaşa biləcəyi komandalar bəlli olacaq.
Mənbə: UEFA.com
"Zirə FK" teqi üzrə xəbərlər
- "Qalatasaray"ın ulduzu Viktor Osimhenə Azərbaycan klubunun forması hədiyyə olundu
- "Sabah" bir mövsümdə heç-heçə rekordunu təkrarlayıb
- "Sabah" - "Zirə" oyununda qalib müəyyənləşmədi
- İsveçrə klubunun futbolçusu Azərbaycan millisinə dəvət olundu
- Rusiya klubu "Zirə"nin futbolçusu üçün 800 min avro təklif edib