Yeni mövsümə hazırlığını Türkiyədə davam etdirən "Zirə" bu gün qonşu ölkədə ilk yoxlama oyununu keçirib.
Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisi "Ankara Keçiörengücü" ilə üz-üzə gələn paytaxt təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.
Oyunda qolları "Zirə"nin heyətində 13-cü dəqiqədə Brahim Konate və 84-cü dəqiqədə Abdul Aziz Batibite vurublar.
"Zirə" görüşün ilk hissəsinə ayrı, ikinci hissəyə isə başqa "11-lik"lə çıxıb.
Birinci hissədəki heyət: Aydın Bayramov, Anje Mutsinzi, Ruan Renato (k), İssa Cibriella, Rövlan Muradov, Ayron Qomis, Brahim Konate, İsmayıl, İbrahimli, Georgi Papunaşvili, Junior Martins, Davit Volkov, ikinci hissədəki heyət: Aydın Bayramov, Stefan Aka, Elçin Əlicanov, Şahmar Aşurov, Fuad Bayramov, Guima, Hacıağa Hacılı, Ramiz Muradov, Ceyhun Nuriyev, Salifu Suma, Abdul Aziz olub.
Qeyd edək ki, "Zirə" Konfrans Liqasının ikinci təsnifat mərhələsində Xorvatiya təmsilçisi "Hayduk"un müqavimətini qırmağa çalışacaq. İlk matç iyulun 23-də, saat 19:30-da "Neftçi Arena"da keçiriləcək. Komandalar arasında cavab görüşü iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da "Polyud Stadium"da start götürəcək.
Yeni mövsümə hazırlığını Türkiyədə davam etdirən "Zirə" bu gün qonşu ölkədə ilk yoxlama oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisi "Ankara Keçiörengücü" ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 18:45-də start götürəcək.