Cənubi Afrikada çıxarılan nadir mavi almaz “Petra Diamonds” şirkəti tərəfindən 40 milyon dollardan baha qiymətə satılıb.
Bu barədə “Bloomberg” xəbər verib.
39.3 karat ağırlığında olan daş qlobal qiymətli daş bazarında indiyə qədər satılan ən bahalı işlənməmiş almazlardan biri olub.
Qiymətli daş cari ilin aprel ayında Pretoriya şəhərindən 40 kilometr şərqdə yerləşən “Cullinan” yeraltı mədənindən əldə edilib.
Qeyd edilir ki, “Afrika ulduzu” kimi tanınan, 3106 karat (621,35 qram) ağırlığında olan dünyanın ən böyük almazı da məhz bu mədəndə (1905-ci ildə) tapılmışdı.
Mütəxəssislərin fikrincə, mavi almazlar son dərəcə nadirdir, çünki dünya hasilatının yalnız 0,1% -ni təşkil edir.