Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.
Mərkəzi Bankdan Oxu.Az-a verilən məlumata görə, tənzimləyici tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb.
Hərracda iştirak edən 11 bank tərəfindən məcmu tələb 23,850 mln. dollar təşkil etdiyindən sifarişlər 100% təmin olunub.