Bakıda mənzildən oğurluq olub.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, hadisə Bakuvi küçəsi ev 12-də baş verib.
Həmin ünvanda yaşayan Turan Seyidov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qonağı - qaynı Şuşa şəhər sakini, 1971-ci il təvəllüdlü Yaşar Məmmədov içərisində 45 min ABŞ dollar olan seyfini oğurlayıb.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində araşdırma aparılır.
E.Ə.
www.oxu.az