Martın 10-da Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC-nin 20 mln. manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Oxu.Az xəbər verir ki, AİF-dən APA-ya verilən məlumata görə, istiqrazlar 1003,50 manat qiyməti ilə satışa çıxarılacaq.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Azərbaycan İpoteka Fondu” ASC-nin adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti 21 noyabr 2016-cı il tarixində qeydə alınıb.
Emissiyanın ümumi həcmi 50 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.
U.A.
www.oxu.az