Bərdədə 20 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri aşkar edilib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Oxu.Az-a bildirilib.
Laborotoriyaya göndərilən nümunələrdən aydın olub ki, həmin ətlərin tərkibində bakterioloji çirklənmə, salmonella və eşerixa koli (escherichia coli) xəstəliklərinin törədicisi var.
Nəticələrə əsasən ətlərin zərərsizləşdirilməsi qərar alınıb.
Xidmətdən bildirilib ki, zərərsizləşdirilmə işləri bu günlərdə həyata keçiriləcək.
Ülviyyə R. Əli
www.oxu.az