Bu gün tərkibində bakterioloji maddələr aşkar olunmuş 5 tona yaxın ət zərərsizləşdirilib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Oxu.Az-a bildirilib.
“Həmin ətlər bu gün yükü gətirən “Mersedes” BENZ ATECO markalı 99 cp 289 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsünün, KİV və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Sumqayıt şəhər Məişət Tullantıları Poliqonunda zərərsizləşdirilərək basdırılıb”, - deyə Xidmətdən qeyd edilib.
Qeyd edək ki, həmin ətləri Bakıya satış üçün gətirmək istəyən şəxslər noyabrın 30-da saxlanılmışdı.
Ülviyyə R. Əli
www.oxu.az