Dolların ABŞ iqtisadiyyatında baş verən “dirilmə” ilə güclənməsi inkişaf edən ölkələrin (İEÖ) pul vahidlərinin bu il böyük dəyər itirməsinə səbəb olub.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, dollar qarşısında ən çox dəyər itirən pul vahidi 16% itki ilə Brazıiliya realı olub.
Bundan sonrakı ikinci yeri isə, 15% azalma ilə yeni Zellandiya dolları tutub.
Qeyd edək ki, 2015-ci ildən bu yana dollar qarşısında ən çox dəyər itiriən 3-cü pul vahidi isə 13% itki ilə türk lirəsi olub.
Türk lirəsindən sonra ən çox dəyər itirən pul vahidləri isə, Kanada dolları, Danimarka kronu, və Avrozonanının vahid pul vahidi olan avro olub.
Məlumat üçün bildirək ki, türk lirəsi 2015-ci il 8 iyun seçkilərindən sonra, dollar qarşısında 2.80 səviyyəsini aşaraq, tarixin ən yüksək səviyyəsinə çıxmışdı.
Onu da əlavə edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilmişdi.
Ülviyyə R. Əli
www.oxu.az