Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

2016-cı ildə “İDEAL” daha bir neçə mağaza açacaq – FOTO
Azərbaycanın ən böyük parfum və kosmetikalar mağazaları şəbəkələrindən biri “İDEAL” MMC 1999-cu ildə yaradılıb.
Hal-hazırda şirkət 5100 kvadrat metrdən çox sahəyə malik 12 mağazası ilə Bakıda və regionlarda fəaliyyət göstərir.
“İDEAL” mağazalarında 140-dan çox brendin parfum, kosmetika və dəri üçün qulluq vasitələrini təqdim edir. Bütün məhsullar Avropa standartlarına cavab verir, sertifikatları mövcuddur.
Oxu.Az xəbər verir ki, bu barədə 30-dan çox media nümayəndələri və bu sektora aid yazılar, araşdırmalar edən blogerlər ilə görüşündə şirkətin baş direktoru İlqar İsmayılov bildirib.
Şirkətin baş direktoru 2016-cı il üçün gələcək planlarından da danışıb:
“Şirkətin perspektiv planlarına 2016-cı ildə Bakı və regionlarda daha bir neçə mağaza açmaq, yerli bazarda təqdim edilməyən bir çox brendləri Azərbaycan parfum və kosmetika sektoruna cəlb etmək və onları mağazalarında təqdim etmək daxildir.
Həmçinin şirkət 2016-cı ildə müştərilərinə göstərdiyi xidmət səviyyəsini artırmaq və daha da yaxşılaşdırmaq üçün yeni loyallıq sistemlərinin işlənilməsinə, satış və servis təlimlərinə geniş yer verəcəkdir”.
“Müştərinin fikri bizim üçün önəmlidir. Müştəri yönümlüyümüzü olmasa idi bu gün biz kosmetika bazarının liderlərindən biri ola bilməzdik. Bu uğura isə müştərilərimizlə birlikdə davam etmək niyyətindəyik”, - deyə şirkətin baş direktoru İ.İsmayılov jurnalistlərlə görüşündə bildirib.
Şirkətin baş direktoru həmçinin müştərilərə “İDEAL” mağazalarından hər hansı məhsul alarkən, sertifikat tələb etməyi də tövsiyə edib.
Qeyd edək ki, görüşdə şirkətin baş direktoru ilə yanaşı, kommersiya direktoru Vladislav Oleynik, marketinq kommunikasiyalar departamentinin rəhbəri Xumar Məmmədbağırova, hüquqşünas, PR menecerlər də iştirak edirdi. Onlar mütəmadi olaraq, jurnalist, blogerlərin suallarını cavablandırırdılar.
Onu da əlavə edək ki, bir müddət əvvəl mətbuatda şirkətin əleyhinə qərəzli yazılar dərc edilmişdi.
Ülviyyə R. Əli
www.oxu.az