2014-cü ildə Amerika Birləşmiş Ştatları (ABŞ) neft istehsalını kəskin artıraraq dünyanın ən böyük neft istehsalçısı adını qazanıb.
ABŞ son üç ildə isə neft istehsalını hər dəfəsində 1 milyon barel artıraraq istehsalatda Səudiyyə Ərəbistanını da qabaqlayıb.
Oxu.Az xəbər verir ki, BP açıqladığı enerji statistikalarına görə, qlobal neft istehsalı qlobal neft istehlakından 2 dəfə çox artaraq, gündəlik 2,1 milyon barel olub.
ABŞ-dan əlavə, Kanada gündəlik 310 min barel, Braziliya isə 230 min barel neft istehsalı artımı ilə 2014-cü ildə rekord göstərici əldə edib.
Ülviyyə R. Əli
www.oxu.az