Müxtəlif qiymət seqmentinə aid olan, paytaxtın məşhur restoran və kafelərinin 1000-dən çox yeməkdən ibarət menyu vahid yemək sifarişi servisi Acqalma.az tərəfindən təqdim edilib.
İnternet servis vasitəsilə siz evə və ofislərə biznes-lanclar, ən yüngül yeməklərdən başlayraq ən mürəkkəb milli, Türk, Avropa, Yapon və İtalyan mətbəxinin nümunələrinə qədər sifariş edə bilərsiniz.
Acqalma.az – yemək hazırlamaq kimi məsuliyyəti öz işinin peşəkarı olanların çiyinlərinə qoymaq üçün gözəl imkandır. Bakının ən yaxşı restoran və kafelərinin təcrübəli aşpazları ən tələbkar müştərilərin belə zövqünü oxşayacaq. Qiymətlər restoranlarda olduğu kimidir.
Yemək sifariş etmək üçün saytda qeydiyyatdan keçmək və sifariş formasını doldurmaq yetərlidir. Sifarişi çatdırılma zamanı həm nağd, həm də onlayn beynəlxalq ödəmə sistemlərinin bank kartları “Visa” və “MasterСard” vasitəsilə ödəmək mümkündür. Hər yeni müştəri “Uber”də bir ödənişsiz gediş əldə edir.
Mobil versiyanın rahat interfeysi istənilən kommunikatordan sevdiyiniz təamları sifariş etmək imkanı yaradacaq. Bundan başqa, yeməyi yalnız gün ərzində deyil, eləcə də sabaha sifariş etmək mümkün olacaq. Siz hazırlanmış sifarişi həm də özünüz götürə bilərsiniz.
Rahat servis, əla yemək və əlverişli qiymətdən ibarət tarazlığı qoruyaraq, eləcə də Avropa təcrübəsini tətbiq edərək Acqalma.az layihəsinin təsisçiləri Bakı sakinləri arasında sürətlə populyarlıq qazanırlar.
Servis sifarişin verilməsi üçün lazım olan vaxta, eləcə də müştərini hansı restoranlarda endirim kampaniyalarının aparıldığı barədə məlumatlandıraraq onun pulunada qənaətetmə imkanı yaradır.
Acqalma.az ilə əməkdaşlıq edən restoranlar sifarişləri xüsusi terminallarda alırlar və bir neçə andan sonra mətbəxdə artıq sizin sifariş hazırlanır.
Acqalma.az – sizin həyat tərzinizin tərkib hissəsi olacaq saytdır, axı yemək sifariş etmək hələ bu qədər asan olmamışdı!
https://www.facebook.com/acqalma.az/