Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ağdamda altı yaşayış binasının tikintisinə başlanılır
Ağdam şəhərində genişmiqyaslı tikinti işləri sürətlə davam etdirilir.
İqtisadiyyat.az xəbər verir ki, şəhərin 2 nömrəli yaşayış massivinin 4-cü məhəlləsi üzrə 126 mənzildən ibarət yaşayış binalarının inşasına başlanılır.
2, 3, 4 və 5 otaqlı mənzillərdən ibarət 6 ədəd yaşayış binası 3, 4, 5, 6 və 7 mərtəbəli olacaq.
Burada söhbət 16, 17, 19, 20, 21 və 22-ci binaların tikintisindən gedir.
Qarabağ İqtisadi Rayonunda Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti inşaat işlərinin 18 273 253 manata başa gələcəyini ehtimal edir.
"Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" teqi üzrə xəbərlər
Ən çox oxunanlar