Ağstafa rayonunda 4 avtomobil körpüsü inşa edilir.
“Azəravtoyol” ASC-dən Oxu.Az-a daxil olan məlumata görə, vətəndaşların rahat və təhlükəsiz gediş gəlişini təmin etmək məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda 3 ədəd, Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunun üzərində isə 1 ədəd körpünün inşası davam etdirilir.
Yeni avtomobil körpüləri Ağstafaçay, Acıdərəçay və Kür çayları, həmçinin dəmir yolu üzərində inşa edilir.
Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla aparılır. İndiyədək həyata keçirilmiş fiziki işlərin həcmi 24% təşkil edir.