Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“AgTech and Green Energy”də təqdim ediləcək startaplar bəlli oldu
Azərbaycanda ilk dəfə keçiriləcək aqrar və yaşıl texnologiyalar üzrə “AgTech and Green Energy” mövzusunda Beynəlxalq Foruma həsr olunmuş mətbuat konfrası keçirilib.
Oxu.Az xəbər verir ki, dekabrın 10-11-də ADA Universitetində olacaq forumda 16 xarici ölkədən 41-dən çox xarici spiker iştirak edəcək.
Kənd təsərrrüfatı nazirinin müşaviri Şəbnəm Məmmədovanın sözlərinə görə, forumda aqrar sahədə yaşıl enerji texnologiyasının inkişafı, elmin son yenilikləri və dünyanın gələcək trendləri müzakirə ediləcək.
“15-dən yuxarı startap ideyasının necə biznesə çevrildiyi haqqında uğur hekayələrindən danışılacaq. Almaniya Rumıniya, Ukraynadan ekspertlər iştirak edəcəklər. Müşavir qeyd etdi ki, forum hər il davamlı olaraq keçiriləcək.
Alternativ və aqrar texnologiyaların gələcəyi haqqında məlumatlar verəcəklər. İlk tematik forum olduğunu nəzərə alsaq, 1200-dən yuxarı qeydiyyatdan keçən şəxs var”.
Qeyd edək ki, dünyada bitkilər və tullantılardan hazırlanan enerji nümunələri çoxdur.
Oxu.Az yeniləndi!
"ADA Universiteti" teqi üzrə xəbərlər
- ADA Universitetində "Qərbi Azərbaycan mövzusu 100 ildə" adlı dəyirmi masa keçirilib
- Əziz Ələkbərli: "Əsas məqsədimiz Qərbi Azərbaycana qayıdış ideyasının gənclər arasında təbliğidir"
- "Azercell" "Azərbaycan Biznes Keys Müsabiqəsi 2025"ə dəstək verir
- "Silk Way West Airlines" Milli Aviasiya Akademiyasına "Boeing 777" uçuş simulyatorunu təhvil verib
- Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edildi