4 sentyabrdan yeni, artıq 5-ci ALBATROS multibrend kişi geyimləri mağazası öz qapılarını açdı. Mağaza indi mərkəzdə, Malakan bağının yanında, Rəsul Rza küçəsi 3 ünvanında da fəaliyyət göstərəcək.
ALBATROS mağazalar şəbəkəsi artıq 26 ildir ki, keyfiyyət, rahatlıq və qüsursuz xidməti yüksək qiymətləndirən kişilərin daimi alış-veriş məkanıdır. Burada müasir centlmenin dəbli və zövqlü görünməyi üçün hər şey tapmaq olar. ALBATROS gündəlik, işgüzar və idman üslublu geyim, ayaqqabı, aksessuarlar, cantaların geniş çeşidini təklif edir.
Xanımlar isə əziz bəylərimiz üçün layiqli hədiyyə seçə bilərlər.
ALBATROS Azərbaycanda Hugo Boss, Fred Perry, Armani Jeans, Del Mare, Calvin Klein, Lagerfeld, Falke, Tru Trussardi, Roy Robson, Ralph Lauren və sairə kimi dünya brendlərinin təmsilçisidir. Hazırda alıcılar üst geyimləri, ayaqqabı və aksessuarlar daxil olmaqla, son payız-qış kolleksiyaları ilə tanış ola bilərlər.
Yeni mağaza həftədə 7 gün, saat 10.00-dan 20.00-a kimi işləyir.
Mağaza yeniliklərini sosial şəbəkələrdə izləyə bilərsiniz:
https://www.facebook.com/AlbatrosBaku/
https://www.instagram.com/albatrosbaku/