Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Alina Xələfova: "Startaplar üzrə milli çempionatda 22 komanda iki kateqoriyada çıxış edəcək"
"Bu gün startaplar üzrə milli çempionat keçirilir və "MiniBoss Business School Baku" məktəbinin yekun tədbiridir".
Bunu Oxu.Az-a açıqlamasında "MiniBoss Business School Baku"nun direktoru Alina Xələfova deyib.
O bildirib ki, 22 komanda iki kateqoriya üzrə çıxış edəcək:
"13 komanda SIFE ("Startups in Innovative Free Entrepreneurship") və doqquz komanda SAGE ("Startups for the Advancement of a Global Environment") kateqoriyalar üzrə öz layihələrini təqdim edəcəklər. SIFE kateqoriyası biznes istiqamətində yaradılmış layihələr sayılır. SAGE kateqoriyası isə daha çox qlobal ətraf mühitin hər hansı bir probleminin həllinə yönəlib. Hər iki kateqoriyada üç komanda qalib hesab olunacaq və münsiflər heyəti onları dörd meyar üzrə dəyərləndirəcək: İnnovativlik, mənfəətlilik, sosial mediada işıqlandırma və münsiflər heyətinin suallarını cavablandırma. Ən yüksək bal toplayan üç komanda hər iki kateqoriyada qalıb hesab olunacaq".
"Biz bu ilin fevral ayında "Bakı KOB evi"ndə sinif açdıq və bu, pilot şəklində yaradılmış layihə oldu. Xüsusi müsahibədən keçən uşaqlar orada layihəyə başladılar. Onlar da bu gün burada təmsil olunurlar. Amma sentyabr ayından başlayaraq bütün il boyu "Bakı KOB evi"ndə biznes istiqamətində də uşaqlara və yeniyetmələrə dərslər təşkil olunacaq. Məktəbimizdə maliyyə savadlılığı, liderlik, ictimaiyyət qarşısında natiqlik kimi dərslər verilir", - deyə direktor əlavə edib.
Mərahim Nəsib
"MiniBoss Business School Baku" teqi üzrə xəbərlər
- "MiniBoss Business School Baku" tələbələrinin startaplar üzrə Beşinci Milli Çempionatı keçirilib
- Murad Dadaşov: "Artıq təkcə ağıllı, savadlı, bacarıqlı olmaq kifayət deyil"
- Nərminə Həsənova: "BMT-nin dayanıqlı inkişaf məqsədləri üzrə 14 mükafat almışıq"
- Gələcəyin sahibkarlarına dəstək: "Miniboss" Biznes Məktəbinin 5-ci Startap Forumu keçirilib
- Alina Xələfova: "MiniBoss Business School Baku" biznes bilikləri verən ilk və yeganə məktəbdir"