Almaniyanın “Hahn Air Lines GmbH.” şirkətinin Azərbaycandakı nümayəndəliyi qeydiyyatdan keçib.
Bu barədə Vergilər Nazirliyindən Oxu.Az-a bildirilib.
“Şirkətin hüquqi ünvanı olaraq Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 78, mənzil 63, qanuni təmsilçisi Emil Vrgoc (Almaniya) qeyd olunub.
Bildirək ki, şirkət dövlət qeydiyyatına 2015-ci il dekabrın 14-də alınıb”, - deyə nazirlikdən qeyd edilib.
Xatırladaq ki, “Hahn Air”in səhmlərin 100%-i müxtəlif ölkələrdə ofislərə məxsus olan “Saspo Holding GmbH.”-yə məxsusdur. “Hahn Air” Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür.
Ülviyyə R. Əli
www.oxu.az