Gürcüstanın təbii qaza olan tələbatı getdikcə artır və bu, proqnozlaşdırılmışdır, bu barədə “Maestro” SOCAR-ın Gürcüstandakı nümayəndəliyinin rəhbəri Mahir Məmmədov bəyan edib.
Oxu.Az “Qruziya online”a istinadən xəbər verir ki, Məmmədov həmçinin qeyd edib ki, planda bu proqnozlar hər zaman nəzərə alınır, ona görə də gözlənilməz heç nə yoxdur.
“Artım ildə 8-9% nəzərdə tutulur. Əgər hər hansı radikal dəyişikliklər olarsa, biz hər zaman öncədən xəbərdar oluruq. Hələlik bizim Gürcüstanı lazımi həcmdə qaz ilə təmin edə bilməyəcəyimiz proqnoz üçün səbəb olmayıb. Ona görə də Gürcüstan qazı plan üzrə alır.
Tam qüvvəsi ilə işləyən iki qaz kəmərimiz var. Qışda təbii qaza olan ehtiyac çoxalır, amma bizim yetərincə resursumuz mövcuddur, müvafiq olaraq tədarükü artırırıq”, - Məmmədov bəyan edib.
Mahir Məmmədov artıq Tbilisiyə gəlib, amma dünən rəsmi görüş keçirməyib. Hazırkı mərhələdə bu gün SOCAR nümayəndəsinin Gürcüstanın baş naziri, energetika naziri Kaxaber Kaladze ilə görüşəcəyi məlumdur.