Azərbaycanda tezliklə alternativ mənbələrdən alınan enerjinin tarifləri müəyyənləşdiriləcək.
Oxu.Az Novosti.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan alternativ və bərpaedilən enerji mənbələrinin Dövlət Agentliyində bildiriblər.
Agentlik alternativ enerjiyə tarifin müəyyən edilməsi üçün Tarif İttifaqına (Tİ) istehsalat xərcləri üzrə statistik göstəricilərini təqdim etmək niyyətindədir.
Mətbuat xidmətində qeyd ediblər ki, sənədin layihəsində müvafiq avadanlığın gətirilməsi zamanı gömrük xərclərinin azaldılması üzrə təklif də öz əksini tapıb.
Agentliyin sədrinin müşaviri Cəmil Məlikovun sözlərinə görə, layihələrin effektiv realizəsi zamanı alternativ mənbələrdən alınan enerjinin tariflərinin adi elektrik enerjisinin tariflərindən yüksək olmamasına nail olmaq lazımdır.
Tİ-yə təqdim edilən məlumat Qobustanda fəaliyyət göstərən təcrübə poliqonunun göstəriciləri əsasında hazırlanıb.